Qızıl (XAU) 2153.2957 down       Gümüş (XAG) 27.4787 down       Platin (XPT) - 1551.5623 down       Palladium (XPD) 1766.9139 up      

USD - 1.7001 stab       EUR 2.0144 down       RUB 0.0290 up       GBP 2.2744 up       AED - 0.4629 stab       CNY 0.2586 down       GEL 0.6710 up       TRY 0.4452 up       UAH 0.0610 stab      

SON XƏBƏRLƏR

Bank VTB-də 3 yeni vakansiya var!

Bank-da çalışmaq istəyənlər üçün FÜRSƏT! Bank VTB 3 yeni vakansiya üzrə işçi qəbulu elan edir. Vakansiyalar haqqında daha ətraflı: Специалист/Ведущий специалист отдела оценки и мон...davamı

Bank of Baku-dan – Hər 50 AZN istifadəyə 1 AZN ödəniş!

Bank of Baku Yeni ildə dostlarını sevindirəcək yeni kampaniyaya start verir. Yeni ilə ÖZƏL olaraq start verilən kampaniya çərçivəsində Bank, “Dostlar Klubu” kredit kartları üzrə komissiyalara ENDİRİM tətbiq edəcək. Belə k...davamı

Bank Xəbərləri



Kreditə tələb səbəbindən həftə sonları işləməli oluruq



“Bank of Baku” filialları artıq həftənin 6-ci günü də müştərilərin xidmətindədir, Azneft filialı isə Bazar günləri də fəaliyyət göstərir. Bunu jurnalistlərə açıqlamasında “Bank of Baku” ASC-nin Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gülşən Cumayeva deyib: Gülşən xanım bunu bankın məhsullarına və əsasən də yeni nağd kreditə olan tələblə bağlayır, o həmçinin qeyd edib ki, indi bankın kredit şərtləri də daha da yumşaldılıb. "Bilirsiz ki, məlum səbəblərdən bankın kredit şərtləri sərtləşmişdi. Artıq bu şərtlər yumşaldılıb və 185 manat əmək haqqı alan vətəndaşlar da bankımızdan kredit götürə biləcəklər". Təhsil sahəsində çalışanlar üçün isə belə bir tələb ümumiyyətlə aradan qaldırılıb. Həmçinin Bank müştərilərin istəyini nəzərə alaraq, Bolkart tariflərində bəzi dəyişikliklər etməli olub, yəni 12, 24 və 36 aylıq kartların tarifləri aşağı salınıb. Bununla yanaşı bankın rəsmiləri qeyd edib ki, keçirilən kampaniyalar bankın dövriyyəsinə müsbət təsir edib və Bank nağdsız ödənişlərdə öz lider mövqeyini qoruyur. Ölkə xaricində aylıq 10 min tranzaksiyala həyata keçirilir. Müştərilərin Bolkartdan qazandıqları balların həcmi isə aylıq 20 min AZN-ə çatıb. Lakin bu hələ son deyil, Bolkart-ın 6 yaşının tamam olması ilə əlaqədar olaraq, Bank of Baku tərəfindən keçirilən kampaniyalar davam edəcək. "Qarşıdan Bolkart-ın 6 yaşı gəlir. Bunun üçün yeni kampaniyalarımız nəzərdə tutulur. Bolkart müştəriləri üçün əlverişli şərtlər və ballar qazandıran kampaniyalar olacaq" - geri

Müəllif: Exrate
12/10/2017
Konul Veliyeva
up

Burada sizin reklam yerləşə bilər!

370x90

Burada sizin reklam yerləşə bilər!

370x90